Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

Hazırda oxunan: Pike "Barselona" prezidentliyinə namizəd olacaq?

604303

"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike Kataloniya klubunda keçiriləcək növbəti prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Bizim.Media xəbər verir ki, hazırda La Liqa 2-də 13-cü pillədə qərarlaşan "Andorra" klubunun sahibi olan Pike bu mərhələdə belə bir addımın çətin olduğunu bildirib. 

O vurğulayıb ki, eyni vaxtda həm bir klubun sahibi olmaq, həm də digərində prezidentlik funksiyasını icra etmək mümkün deyil və yaxın beş il üçün qəti qərar vermək hələ tezdir. Pike həmçinin “Andorra” ilə bağlı böyük hədəflərindən danışaraq komandası ilə beşinci diviziondan başlayaraq gəldiyi yolu və gələcəkdə Çempionlar Liqası himnini bu klubla eşitmək istədiyini xatırladıb.

Qeyd edək ki, Jerar Pike artıq üç ildir İspaniyada maraq doğuran "Kings League" layihəsinə rəhbərlik edir.
 

O, “Andorra” layihəsinə 2018-ci ildə başlayıb və hazırda komandanın yüksəlişi üçün mübarizəni davam etdirir.


Xatırladaq ki, Pike 2022-ci ilin noyabrında Barselona karyerasını bitirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin