“Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

Hazırda oxunan: “Çelsi”nin futbolçusu “Beşiktaş”a KEÇƏ BİLƏR

604293

"Çelsi"nin futbolçusu Ceymi Qittens karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Beşiktaş" ingiltərəli vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
 

İstanbul nəhəngi yaxın günlərdə Qittensin meneceri ilə danışıqlara başlamağı planlaşdırır. "Qara qartalar" mövsümün sonunda isə 21 yaşlı oyunçunun klubuna rəsmi təkliflə müraciət edəcək.


Qeyd edək ki, "Çelsi" Ceymi Qittensi mövsümün əvvəlində "Borussiya"dan 56 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü London təmsilçisinin heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 5 qol ötürməsi edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin