"Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

Hazırda oxunan: "Fənərbağça"nın prezidenti QƏZAYA DÜŞDÜ

604272

“Fənərbağça”nın prezidenti Sadettin Saran avtomobil qəzası keçirib.

Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, qəza İstanbulun Ataşehir rayonunda baş verib.

Hazırda Sadettin Saranın səhhətinin yaxşı olduğu bildirilib. Sürücü isə qəzadan yüngül xəsarətlərlə xilas olub.

Klubun yaydığı açıqlamada prezidentin, sürücünün və digər nəqliyyat vasitəsində olan şəxslərin vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib.

Hazırda klub prezidentinin iş fəaliyyətini normal şəkildə davam etdirdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin