Millimiz Bolqarıstanla qarşılaşacaq

Hazırda oxunan: Millimiz Bolqarıstanla qarşılaşacaq

604173

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Bizim.Media xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Bolqarıstan komandası ilə qarşılaşacaq.

Görüş Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, U-21 altı komandanın yer aldığı B qrupunda beş xalla beşinci pillədə qərarlaşıb.

Meydan sahibləri 10 xalla dördüncüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin