“Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

Hazırda oxunan: “Tottenhem” italyan məşqçi ilə ANLAŞDI

604106

"Tottenhem" rəhbərliyi komandanı düşmə xəttindən xilas etmək və yenidən elit klublar sırasına qaytarmaq üçün italyan mütəxəssis Roberto De Zerbi ilə danışıqlarda son mərhələyə gəlib.

Bizim.Media xəbər verir ki, Tudorun gidişindən sonra müvəqqəti olaraq Adi Hütterlə anlaşan klub, uzunmüddətli layihəni De Zerbiyə həvalə etmək niyyətindədir.

De Zerbinin London klubuna "hə" deməsinin arxasında həm maliyyə, həm də zaman təminatı dayanır:

İtalyan məşqçiyə 5 mövsümlük uzunmüddətli müqavilə təklif olunub.

Müqavilənin Premyer Liqanın ən gəlirli (lucrative) müqavilələrindən biri olacağı bildirilir.

De Zerbiyə transfer siyasətində və klubun futbol strukturunda geniş səlahiyyətlər vəd edilib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin