Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA Series – 2026” beynəlxalq turnirini qələbə ilə tamamlayıb. Final oyununun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb və qalib penaltilər seriyasında müəyyənləşib. Futbolçularımızın dəqiqliyi sayəsində millimiz seriyada 9:8 hesabı ilə üstün olaraq turnirin qalibi elan edilib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, matçdan sonra komandaların mükafatlandırılma mərasimi keçirilib. Azərbaycan milli komandasına yarışın kuboku təqdim edilib.
Yığmamızın kapitanı Emin Mahmudova kuboku AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim edib.
Bizim.Media































































































