“Tottenhem” İqor Tudorla yollarını ayırdı

Hazırda oxunan: “Tottenhem” İqor Tudorla yollarını ayırdı

603953

İngiltərə Premyer Liqasının iddialı klublarından olan “Tottenhem” növbəti dəfə baş məşqçi böhranı ilə üzləşib.

Bizim.Media xəbər verir ki, London təmsilçisi rəsmən İqor Tudorla yollarını ayırdığını açıqlayıb.
 

Klub rəhbərliyi son dövrlərdə qeydə alınan uğursuz nəticələr və komandanın turnir cədvəlindəki mövqeyindən narazı qaldığı üçün bu qərarı verib. Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.


Rəsmi açıqlamaya əsasən, müvəqqəti olaraq komandaya məşqçilər korpusunun üzvləri rəhbərlik edəcək.

Britaniya mətbuatında isə artıq yeni baş məşqçi postuna namizədlərin adları hallanmağa başlayıb və bir neçə tanınmış mütəxəssisin namizədliyi nəzərdən keçirilir.

Qeyd edək ki, İqor Tudor komandaya fevralın 14-dən rəhbərlik edirdi və Premyer Liqa oyunlarında onun aktivində qələbə olmayıb.

Komanda hazırda aşağı liqaya düşmə zonasından cəmi bir xal fərqlə uzaqdadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin