Kadi "Qarabağ"dan gedir?

Hazırda oxunan: Kadi "Qarabağ"dan gedir?

603937

"Qarabağ"ın yarımmüdafiəçisi Kadinin növbəti mövsümə harada başlayacağı bəlli olub.

Bizim.Media xəbər verir ki, Polşa, Kipr və Portuqaliya klublarının transfer siyahısında olan 29 yaşlı braziliyalı iş yerini dəyişməkdə maraqlı deyil.
 

Ağır zədə səbəbindən cari "futbol ili"ndə müəyyən müddət komandasına kömək edə bilməyən orta xətt oyunçusu məhz Qurban Qurbanovun rəhbərliyi altında oynamaq, yenidən əvvəlki səviyyəsinə qayıtmaq istəyir.


Kadinin "Qarabağ"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Bu mövsüm "köhlənlər"in forması ilə bütün turnirlərdə 28 matça çıxan cənubi amerikalı üç qol və altı məhsuldar ötürmə ilə yadda qalıb. (Fanat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin