“Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

Hazırda oxunan: “Döyüş zamanı qolumu sındırdım” - Tofiq Musayev

603916

Azərbaycanlı yüngül çəkidə döyüşçü Tofiq Musayev ABŞ-nin Sietl şəhərində keçirilən UFC turnirində çilili İqnasio Bahamondesə qarşı qələbəsini şərh edib.

Bizim.Media xəbər verir ki, Musayev Bakıdakı turnirdə də döyüşmək niyyətində olduğunu bildirib:

“Təşəkkür edirəm, Bahamondes, sən yaxşı döyüşçüsən. Onun və mənim komandama təşəkkür edirəm. Hər gün işləyirik, hər gün məşq edirik. Həmçinin ailəmə və ölkəmə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ ol, sizi sevirəm. Döyüş zamanı qolumu sındırdığımı desəm və davam etsəm, necə olar?

Güclü döyüşçü ağrıdan həzz alır və mən də onlardan biriyəm. Rəqiblərimin adlarından və ya gücündən heç vaxt qorxmamışam. Həmişə ən güclülərlə döyüşmüşəm. Bu, yalnız başlanğıcdır. Həkimlər icazə verərsə, Bakıdakı turnirdə döyüşmək istəyirəm”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin