Səudiyyə Ərəbistanının Suveren Fondu "Nyukasl" klubunu satmaq niyyətində deyil.
Bizim.Media xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, son zamanlar Yaxın Şərq investorlarının "Sent-Ceyms Park" təmsilçisinə marağının azaldığı və klubu satmağa hazır olduqları barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Fondun daxilindəki mənbələrin məlumatına görə, klub satışa çıxarılmayıb və bu yöndə hər hansı dəyişiklik gözlənilmir.
Hazırkı sahiblərin kluba böyük vəsait xərcləməməsi isə yeni stadion və məşq bazası məsələləri həll olunana qədər davam edəcək.
Qeyd edək ki, bu problemlər yoluna qoyulmayana qədər Sandro Tonali kimi aparıcı futbolçuların komandadan ayrılması ehtimal edilir.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:11 / 29.03.2026
"Nyukasl" klubunun sahibləri dəyişəcək?
Hazırda oxunan: "Nyukasl" klubunun sahibləri dəyişəcək?
Hazırda oxunan: "Nyukasl" klubunun sahibləri dəyişəcək?
603826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































