“Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

Hazırda oxunan: “Yuventus” Levandovski ilə danışıqlara BAŞLADI

603671

"Yuventus" "Barselona"nın hücumçusu Robert Levandovski ilə maraqlanır.

Bizim.Media xəbər verir ki, İtaliya klubu futbolçunun ətrafı ilə onun mümkün transferi ilə bağlı artıq ilkin danışıqlar aparıb.

Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
 

Hazırda “qoca sinyora” polşalı forvardın potensialını daha dərindən qiymətləndirmək istəyir. Klub yekun qərar verməzdən əvvəl onun fiziki durumunu, oyun göstəricilərini və motivasiyasını diqqətlə analiz etməyi planlaşdırır.


Turinlilər 37 yaşlı oyunçunu qısamüddətli perspektivdə hücum xəttini gücləndirə biləcək təcrübəli lider kimi görürlər.

Robert Lewandowski 2022-ci ildə "Bavariya"dan "Barselona"ya 45 milyon avro qarşılığında transfer olunub.

Onun Kataloniya təmsilçisi ilə müqaviləsi bu ilin 30 iyun tarixinə kimi qüvvədədir.

Təcrübəli futbolçu cari mövsümdə komandanın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 16 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin