“Sabah” 600 minə futbolçu alır

Hazırda oxunan: “Sabah” 600 minə futbolçu alır

603605

“Sabah” müdafiəçisi Timoteuş Puxaçla bağlı qərarını verib.

Bizim.Media Polşa mətbuatına istinadən xəbər verir ki, Bakı klubu sol cinah oyunçusunu birdəfəlik transfer etmək niyyətindədir.

Mövsümün əvvəlində Almaniyanın “Holşteyn Kil” klubundan birillik icarəyə götürülən 27 yaşlı futbolçunun parlaq performansı “Sabah” rəhbərliyinin diqqətini çəkib.

Bu mövsüm Premyer Liqanın 23 oyununda 9 məhsuldar ötürmə verən Puxaçın birdəfəlik transferi ilə bağlı klublar arasında danışıqlara start verilib.

Futbolçu özü ölkəmizdə qalmaqda maraqlıdır. Puxaç “Sabah”ın heyətində avrokuboklarda çıxış edərək yenidən Polşa millisinə dəvət alacağını düşünür.
 

“Holşteyn Kil”lə “Sabah” arasındakı icarə müqaviləsində oyunçunun 600 min avro müqabilində birdəfəlik satılma bəndi var. Ancaq Premyer Liqamızın lideri məbləği aşağı salmaq üçün almanlarla danışıq aparır. Tərəflərin tezliklə ortaq məxrəcə gəlməsi və Puxaçın “Sabah”la uzunmüddətli müqavilə imzalaması gözlənilir.


Qeyd edək ki, Timoteuş Puxaç 2021-2024-cü illərdə Polşa millisinin heyətində 15 oyun keçirib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin