Çempionlar Liqasında bu gün daha 2 oyun baş tutacaq

Hazırda oxunan: Çempionlar Liqasında bu gün daha 2 oyun baş tutacaq

60357

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.

Bizim.Media xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Gecənin ən maraqlı görüşü İtaliyada olacaq. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edəcək. "Cuzeppe Meatsa" stadionunda oynanılacaq görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

Meydan sahiblərinin heyətində Nikola Barella cəzalı, Xoakin Korrea zədəli olduğu üçün oyunu buraxacaq. Alessandro Bastoninin meydana çıxması da sual altındadır. Qonaqlarda isə iki futbolçunun oynayıb-oynamayacağı dəqiq deyil. Bunlar Co Qomes və Divok Origidir.

Gecənin digər oyununda Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılşacaq. Matçın baş hakimi ingiltərəli Maykl Oliver olacaq.

Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen klubunda qapıçı Manuel Noyer, müdafiəçi Yosip Stanişiç, yarımmüdafiəçilər Leon Qoretska, Alfonso Deyvis və Camal Musiala zədəli olduqları üçün oynamayacaqlar. Zaltsburq təmsilçisində isə Bernardo, Zlatko Yunuzoviç, Seku Koyta və Benyamin Şeşko eyni səbəbdən matçı buraxacaqlar.

Qeyd edək ki, bu raundun digər görüşləri fevralın 22-si və 23-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin