Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

Hazırda oxunan: Beynəlxalq Olimpiya Komitəsi transgenderlərin qadın yarışlarında iştirakını qadağan etdi

603564

Beynəlxalq Olimpiya Komitəsi transgender insanların qadın yarışlarında iştirakını qadağan etdi.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 

"Yalnız bioloji qadınlar Olimpiya Oyunlarında fərdi və komanda idman növləri də daxil olmaqla qadın yarışlarında iştirak etmək hüququna malikdirlər. Dəlillərə və ekspert qiymətləndirmələrinə əsaslanan və Los-Anceles 2028 Olimpiya Oyunlarından başlayaraq tətbiq olunacaq bu siyasət qadın yarışlarının ədalətliliyini, təhlükəsizliyini təmin etməyə yönəlib. Bu siyasət həvəskar və ya istirahət idman proqramlarına şamil edilmir", - deyə bəyanatda bildirilir.


Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri təşkilatın qadın yarışları ilə bağlı yeni siyasətini ədalətli adlandırıb.

"Keçmiş idmançı kimi, bütün Olimpiyaçıların ədalətli yarışmaq hüququna qəti şəkildə inanıram. Elan etdiyimiz siyasət elmi dəlillərə əsaslanır və tibb mütəxəssislərinin rəhbərliyi altında hazırlanmışdır. Olimpiya Oyunlarında hətta ən kiçik üstünlük belə qələbə ilə məğlubiyyət arasında həlledici amil ola bilər. Buna görə də, bioloji kişilərin qadın kateqoriyasında yarışmasının ədalətsiz olacağı tamamilə aydındır. Üstəlik, bəzi idman növlərində bu, sadəcə təhlükəlidir", - deyə o bildirib.

Xatırladaq ki, 2024-cü ilin yayında Tayvanlı transgender Lin Yutinq (57 kq) və Əlcəzairli İman Xelif (66 kq) Olimpiya boks turnirində qalib gəliblər.

Hətta İmanın məğlub etdiyi qadın idmançı aldığı yumruq zərbəsindən çətinliklə özünə gəlmişdi. Bir il əvvəl Olimpiya Oyunlarından sonra Caffar Ait Audia Xelifin testində uşaqlığın olmaması və daxili xayaların qaldığı aşkarlandı. Xromosom testində isə  kişilərinkinə bənzər testosteron səviyyəsi yüksək çıxıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin