Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

Hazırda oxunan: Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşdi

603501

"Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin yeni mövsümə harada başlayacağı dəqiqləşib.

Bizim.Media xəbər verir ki, adı bir neçə Avropa klubu ilə yanaşı çəkilən milli üzvü Ağdam təmsilçisindən ayrılmaq niyyətində deyil.
 

Menecerlər vasitəsi ilə aldığı təkliflərlə bağlı baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyi ilə danışan Elvin özünü "Qarabağ"da xoşbəxt saydığını və bu formanı geyinməkdən məmnun olduğunu deyib. "Köhlənlər"in ən önəmli futbolçularından biri olan arxa xətt oyunçusunun klubu ilə bu yay müqavilə yeniləmək ehtimalı da olduqca yüksəkdir.


Qeyd edək ki, cari mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə 39 matça çıxan Cəfərquliyev 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, hər iki qola UEFA Çempionlar Liqasında imza atıb. (Fanat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin