Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

Hazırda oxunan: Renat Dadaşov yayda klubunu TƏRK EDƏCƏK

603464

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” klubu mövsümün sonunda heyətində köklü islahat aparacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
 

Bildirilib ki, Ekstraklasanın cari mövsümündə ortabab təsir bağışlayan Lublin təmsilçisi yayda heyətini gücləndirərək, avrokuboklara iddialı kollektiv formalaşdırmaq niyyətindədir.


Hazırda 14 futbolçunun “Motor”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Rəhbərlik isə onlara yeni sözləşmə təklif etməyə tələsmir. Həmin oyunçulardan bir çoxu yayda azad agent kimi komandanı tərk edəcək.

Çünki məşqçilər korpusu növbəti mövsüm üçün onları heyətdə görmək fikrində deyil.

“Motor”dan ayrılacaq futbolçulardan biri də Renat Dadaşovdur. Əslində, polşalılar forvardı qış fasiləsində transferə çıxarmışdılar.
 

Lakin ciddi təklif gəlməyincə, millimizin üzvü yaya qədər komandada qalıb. Artıq Renatın yayda başqa kluba keçəcəyi demək olar ki, dəqiqləşib.


Çünki klub da ondan özünə yeni komanda tapmasını istəyib.

Qeyd edək ki, Dadaşov “Motor”a ötən ilin yayında Polşanın digər klubu “Radomyak”dan keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin