UEFA İntizam Komitəsi "Nottingem Forest" (İngiltərə) - “Fənərbaxça” (Türkiyə) matçında baş verənlərlə bağlı qərar verib.
Bizim.Media xəbər verir ki, araşdırmadan sonra İstanbul klubu ümumilikdə 50 500 avro cərimələnib.
Belə ki, “sarı-lacivərtlilər”in növbəti avrokubok matçını səfərdə azarkeşsiz keçirməsi və 30 min avro cərimələnməsi barədə qərar verilib.
Eyni zamanda, stadiona dəyən ziyana görə "Fənərbaxça" əlavə olaraq, 20 500 avro cərimə olunub.
Xatırladaq ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçının ilk görüşündə rəqibinə 0:3 uduzan "Fənərbaxça" səfərdə 2:1 hesablı qələbə qazansa da, növbəti mərhələyə yüksələ bilməyib.
Bundan sonra “Fənərbaxça” azarkeşləri ingilis klubunun stadionuna zərər verib, oturacaqları sındırıb.

Naibə, Bizim.Media

- A-
- A
- A+
İdman
10:23 / 26.03.2026
UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO
Hazırda oxunan: UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO
Hazırda oxunan: UEFA “Fənərbaxça”nı bu mənzərəyə görə cəzalandırdı – FOTO
603416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































