Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

Hazırda oxunan: Ardanın bu qolu La Liqada rekord yenilədi - Video

603397

İspaniyanın “Real Madrid” klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin “Elçe”yə qarşı matçda vurduğu qol La Liqada mart ayının ən yaxşısı seçilib.

Bizim.Media xəbər verir ki, 21 yaşlı futbolçu meydanın mərkəzindən rəqib qapısını dəqiq nişan alıb.

Çempionatın 28-ci turunda “Santyaqo Bernabeu”da keçirilən qarşılaşmanın 89-cu dəqiqəsində qeydə alınan bu qol həm də rəsmi rekord kimi tarixə keçib.

Belə ki, Arda Gülər 55 metrlik məsafə ilə İniqo Martinesə məxsus olan “La Liqanın ən uzaq məsafədən vurulan qolu” rekordunu 13 metr yeniləyib.

Xatırladaq ki, görüş Madrid təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin