Dibala Türkiyədə oynaya bilər

Hazırda oxunan: Dibala Türkiyədə oynaya bilər

603378

"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Paulo Dibala karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, adı açıqlanmayan İstanbul klubu argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Super Liqa təmsilçisi Dibalaya illik 6 milyon avro maaş olmaqla 3 illik müqavilə təklif edib. Ölkəsinin "Boka Xuniors" klubu da 32 yaşlı forvardın xidmətində maraqlıdır.

Qeyd edək ki, Paulo Dibala 2022-ci  ilin yayından "Boka Xuniors"da çıxış edir. Argentina millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində meydana çıxdığı 22 rəösmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin