“Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

Hazırda oxunan: “Şamaxı”nın futbolçusu Premyer Liqa klublarının hədəfində

603359

"Şamaxı"nın müdafiəçisi Rüfət Abbasovun xidmətində 5 klub maraqlıdır.

Bizim.Media xəbər verir ki, cari mövsümün sonunda "aslanlar"la müqaviləsinin müddəti başa çatacaq 21 yaşlı futbolçunu "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz", "Kəpəz" və "İmişli" istəyir.
 

"Şamaxı" rəhbərliyi isə hazırda gənc milli üzvünün komandada qalması üçün onunla danışıq aparır. Düzdür, Rüfətə iş yerini dəyişməyəcəyi halda, maaşının artırılacağı ilə bağlı vəd verilib, amma digər klubların təklifləri ilə müqayisədə bu məbləğ də kölgədə qalır.


Xatırladaq ki, Abbasov əsas millidə debütünü DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiyata qarşı baş tutan ev oyununda (0:2) reallaşdırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin