“Neftçi”nin kamerunlu forvardı Vensan Abubakar Portuqaliyanın “Porto” futbol klubunun stadionu “Estadio do Draqao”da bu klubun prezidenti Andre Villas-Boasla görüşüb.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, baş tutan bu görüş hücumçunun “Porto”ya mümkün transferi barədə şübhələr yaradıb.
Məlumatda qeyd olunur ki, klubla Abubakar arasında emosional bağlılıq var və futbolçu “Portu” rəhbərliyi ilə yaxın münasibətləri mövcuddur.
Futbolçu yaxın zamanda müəyyən yeniliklərin baş verə biləcəyini desə də, detalları hələlik qeyd etməyib.
İddia olunur ki, bu məsələnin Abubakarın futbol akademiyası açmaq niyyəti ilə bağlı da ola bilər. Futbolçu isə yaxın günlərdə səfərin detallarını ictimaiyyətə təqdim edəcəyini söyləyib.
Qeyd edək ki, “Neftçi” ulduz futbolçu Vensan Abubakarla 2025-ci ildə 1+1 illik şərt əsasında müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media




































































































