UEFA ingilis klublarının təklifini rədd etdi

Hazırda oxunan: UEFA ingilis klublarının təklifini rədd etdi

603128

UEFA növbəti Çempionlar Liqası mövsümü üçün iştirak ərizələrinin sayını dəyişdirməməyi qərara alıb.

Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, İngiltərə klubları 28 futbolçunu qeydiyyatdan keçirməyə icazə istəsələr də, UEFA bu tələbi rədd edib. Bu məsələ 2027/28 mövsümü öncəsi yenidən müzakirə oluna bilər, amma indilik limit 25 nəfər olaraq qalır.

Bildirilir ki, mövcud qaydanın saxlanmasını İspaniya klubları dəstəkləyib, xüsusilə "Atletiko", "Sevilya" və "Real Sosyedad".

La Liqa klubları hesab edir ki, İngiltərə komandaları maliyyə üstünlüyündən istifadə edərək əhəmiyyətli üstünlük qazana bilər.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin