“Qarabağ” Koxalskini buraxmaq istəmir

Hazırda oxunan: “Qarabağ” Koxalskini buraxmaq istəmir

603122

“Qarabağ” qapıçısı Mateuş Koxalski ilə mövsümün sonunda yollarını ayıra bilər.

Bizim.Media xəbər verir ki, buna səbəb polşalı qolkiperə həddən artıq marağın olmasıdır.

Ağdam klubunun heyətində bu mövsüm UEFA Çempionlar Liqasında parlaq çıxışla diqqət çəkən 25 yaşlı qapıçı bunun sayəsində Polşa millisinə dəvət alıb.

Koxalski millinin daimi üzvünə çevrilmək və bir nömrəli qolkiperi olmaq arzusundadır.

Bunun üçün isə daha yüksək səviyyəli çempionatlarda çıxış etməyi hədəfləyir.

Futbolçu hələlik əsasən ölkəsi Polşada “Vidzev” və “Lex” kimi klublardan rəsmi təklif alıb.

Lakin o, daha böyük liqalarda oynamaq niyyətindədir. Xüsusən də, “böyük beşlik” ölkələrindən dəvət gözləyir. Digər tərəfdən “Qarabağ” da Koxalskini əldən buraxmaq istəmir.
 

Bu səbəbdən ona yeni müqavilə təklif olunacaq. Qapıçı yeni sözləşməyə yaxın durmasa, ağdamlılar onu mövsümün sonunda sərfəli qiymətə satmaq qərarına gələ bilər.


Əks təqdirdə, Koxalski 2027-ci ilin yayında azad agent kimi klubu tərk edəcək.

Qeyd edək ki, Mateuş Koxalski “Qarabağ”a 2024-cü ildə Polşanın “Stal” klubundan keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin