“Qarabağ”ın müdafiəçisi Sami Mmaenin Kiprə köçəcəyi ilə bağlı yayılan xəbərlər şayiədir.
Bizim.Media xəbər verir ki, bu barədə futbolçunun adının hallandığı “Omoniya” klubu bəyanat yayıb.
Bildirilib ki, son vaxtlar 30 yaşlı arxa xəttə oyunçusu ilə maraqlanmaları xəbəri həqiqəti əks etdirmir.
“Omoniya”nın rəsmi mövqeyi belədir ki, hazırda oyunçu ilə konkret danışıq yoxdur. Kiprlilər, ümumiyyətlə, heç bir futbolçu ilə maraqlanmadıqlarını açıqlayıblar.
Qeyd edək ki, Sami Mmae intizam pozuntusuna görə “Qarabağ”ın əsas komandasından uzaqlaşdırılıb və hazırda əvəzedicilərdə çıxış edir.
O, mövsüm bitən kimi icarəyə götürüldüyü Zaqreb “Dinamo”suna qayıtmalıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
10:38 / 24.03.2026
“Qarabağ”ın legioneri Kipr klubuna keçir?
Hazırda oxunan: “Qarabağ”ın legioneri Kipr klubuna keçir?
Hazırda oxunan: “Qarabağ”ın legioneri Kipr klubuna keçir?
603120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































