“Neftçi” futbolçusu Edvin Kuçla vidalaşmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, “ağ-qaralar” 32 yaşlı yarımmüdafiəçi ilə yolları ayırmaq üçün variantları nəzərdən keçirir.
Baş məşqçi Yuri Vernidub da monteneqrolu futbolçunu komandada saxlamaqda maraqlı deyil. Ukraynalı mütəxəssis təyinatından sonra Kuça demək olar ki, az şans verib və onu əsas planlarına daxil etmir.
Bununla belə, oyunçunun Bakı klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir ki, bu da ayrılığı çətinləşdirən əsas məqamlardan biridir.
Qeyd edək ki, Edvin Kuç 2024-cü ildən “Neftçi”nin formasını geyinir.
Rəşad Rafiqoğlu, Bizim.Media
































































































