Madridin “Real” futbol klubu “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes üçün 120 milyon avro (təxminən 240 milyon AZN) ödəməyə hazırdır.
Bizim.Media “TyC Sports” nəşrinə istinadla xəbər verir ki, London klubu 2023-cü ildə argentinalı futbolçu üçün xərclədiyi məbləği geri qaytarmaq niyyətindədir və qiyməti aşağı salmaq fikrində deyil.
Bu transferin reallaşması üçün “Real”ın hazırkı heyətindən bəzi oyunçuları satmalı olacağı bildirilir.
Əgər transfer baş tutsa, Fernandesin sabiq klubu “River Pleyt” bu keçiddən təxminən beş milyon avro (10 milyon AZN) qazanacaq.
“Marca”nın yaydığı məlumata görə, futbolçunun İngiltərəni tərk etmək istəyinə təsir edən əsasamillərdən biri də Londondakı hava şəraiti və günəş işığının azlığıdır.
Qeyd edək ki, 2022-ci ilin dünya çempionu cari mövsümdə bütün turnirlər daxil olmaqla 46 matçda iştirak edib, 12 qol vurub və altı məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Çelsi” ilə müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
18:13 / 22.03.2026
“Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır
Hazırda oxunan: “Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır
Hazırda oxunan: “Real” bu futbolçu üçün 120 milyon ödəməyə hazırdır
602904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































