“Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

Hazırda oxunan: “Sabah”dan ayrılan futbolçu bu klubla anlaşdı

602900

“Sabah”dan ayrılan Boyan Letiç özün komanda tapıb.

Bizim.Media xəbər verir ki, bosniyalı müdafiəçi ölkəsində oynayacaq.

O, Bosniya və Herseqovinanın “Sloqa Meridian” klubu ilə anlaşıb. Letiç yüksək liqada yarışan komandaya mövsümün sonuna qədər kömək edəcək.

Qeyd edək ki, 33 yaşlı futbolçu “Sabah”ın tarixində ən çox oyun keçirmiş ikinci oyunçudur.

Bununla yanaşı, sol cinah müdafiəçi Masazır klubunun tarixində avrokuboklarda ilk qolunun müəllifidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin