“Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

Hazırda oxunan: “Neftçi”nin futbolçusu Latviya klubuna keçəcək

602885

Murad Məmmədov Kipr çempionatında oynamayacaq. “Pafos”un yayda heyətinə qatmaq üçün razılaşdığı, ilkin müqavilə bağladığı yarımmüdafiəçi ilə bağlı planlar başqadır.

Bizim.Media xəbər verir ki, kiprlilər 3+1 illik müqavilənin bütün detallarında razılığa gəlib.

Muradın “Neftçi” ilə anlaşması mövsümün sonunda başa çatacağından “Pafos” onu azad agent kimi əldə edəcək. Bakılılar yalnız yetişdirmə pulu alacaq ki, o da böyük məbləğ deyil.

Ən maraqlısı Məmmədovun Kiprdə yox, Latviyada oynayacağıdır. “Pafos” Muradın “Riqa”nın heyətində oyun praktikası qazanmasını istəyir. Yalnız bundan sonra o, Kiprə yollanacaq.
 

Muradın transfer edilərək “Riqa”ya icarəyə verilməsi təsadüfi deyil. Çünki hər iki klubun sahibi eyni adam – Roman Dubovdur. Bu şəxs əvvəllər İngiltərədə “Portsmut” və “Ridinq”in prezidenti olub. Yəni bu klubların hamısı Dubov üçün əlçatandır.


O, müxtəlif ölkələrdən istedadlı oyunçuları toplayıb müxtəlif klublara yerləşdirir, daha sonra isə satır. Məmmədovun yolunun İngiltərəyə qədər uzanması onun özündən, özünü doğrultmasından asılı olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin