"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

Hazırda oxunan: "Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi

602795

“Tottenhem” mövsümün sonunda qapıçı mövqeyində dəyişiklik etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, “Daily Mail” nəşrinin məlumatına görə, London klubu komandadan ayrılması gözlənilən Qulyelmo Vikarionu əvəzləmək üçün bir neçə namizədi nəzərdən keçirir.
 

Siyahıda “Frayburq”dan Noa Atubolu, “Kristal Pelas”dan Din Henderson və “Mançester Siti”dən Ceyms Traffordun adları yer alır. Traffordun transferinin təxminən 35 milyon funt sterlinqə başa gələ biləcəyi bildirilir.


Atubolu isə daha sərfəli variant sayılır. Almaniya U-21 millisinin üzvü olan qapıçı oyun üslubuna görə Manuel Noyerlə müqayisə edilir və Bundesliqada ardıcıl 5 penalti qaytarmaqla diqqət çəkib.

Qeyd edək ki, hazırda Premyer Liqada 16-cı pillədə qərarlaşan “Tottenhem”də Antonin Kinski ilə də yolların ayrılması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin