"Liverpul" növbəti dəfə azarkeşlərini məyus edib. Premyer Liqanın səfər matçında "Brayton"a 1:2 hesabı ilə uduzan Arne Slotun komandası cari mövsümdə antirekorda imza atıb.
Bizim.Media xəbər verir ki, bu məğlubiyyətlə "mersisaydlılar"ın cari çempionatda uduzduqları oyunların sayı 10-a çatıb.
Geridə qalan 31 turda Slotun kollektivi 14 qələbə qazanıb, 7 dəfə heç-heçə edib və 10 dəfə meydanı məğlub tərk edib.
Qeyd edək ki, "Liverpul" sonuncu dəfə bir mövsüm ərzində 10 məğlubiyyət həddinə düz 10 il əvvəl, 2015/2016 mövsümündə çatıb.
Xatırladaq ki, həmin mövsümün gedişində, 2015-ci ilin oktyabrında Yurgen Klopp komandanı çalışdırmağa başlamışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:39 / 21.03.2026
"Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD
Hazırda oxunan: "Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD
Hazırda oxunan: "Liverpul"dan 10 ildən sonrakı ilk ANTİREKORD
602790
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































