“Liverpul”da CİDDİ İTKİ

Hazırda oxunan: “Liverpul”da CİDDİ İTKİ

602777

“Liverpul”un ən yaxşı bombardiri Uqo Ekitike “Brayton”la matçın əvvəlində zədələnib və artıq 8-ci dəqiqədə əvəzlənib.

Bizim.Media xəbər verir ki, hücumçu Ceyms Milnerlə sərt toqquşmadan sonra zədələnib.

Hakim Darren İnglend bunu kobud oyun hesab etməyib, amma Ekitike dərhal ağrı çəkdiyini göstərib və bir müddət meydançada uzanıb.

Qeyd etmək lazımdır ki, bundan əvvəl Milner başqa bir epizodda Dominik Soboslay ilə də sərt oynayıb və orada da hakim pozuntu görməyib.

Nəticədə Ekitike oyunu davam etdirə bilməyib və xeyli topallayaraq meydanı tərk edib.

Onun yerinə Kertis Cons daxil olub. Bu mövsümdə Ekitike 17 qolla “Liverpul”un ən yaxşı bombardiridir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin