Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

Hazırda oxunan: Cüdoçumuz “Böyük Dəbilqə”də gümüş medal qazandı

602690

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Bizim.Media xəbər verir ki, Dünya Cüdo Turuna daxil olan yarışın ilk günündə bir cüdoçumuz fəxri kürsüdə yer alıb.

-66 kq çəki dərəcəsində mübarizə aparan Turan Bayramov finala gedən yolda Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan təmsilçilərini ipponla məğlub edib.
 

Həlledici görüşdə Qazaxıstan idmançısı Nurkanat Serikbayevə yuko xalı ilə məğlub olan idmançımız gümüş mükafata layiq görülüb.


Bu, 23 yaşlı cüdoçumuzun yeni çəkidə ilk, karyerasında isə dördüncü “Böyük Dəbilqə” medalı olub.

Qeyd edək ki, sabah daha 4 cüdoçumuz tatamiyə çıxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin