Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, lider “Sabah” bu turda “Sumqayıt”la qarşılaşıb. Oyunu Rəvan Həmzəzadə idarə edib. Paytaxt təmsilçisi bu görüşdən inamlı qələbə ilə ayrılıb.
Daha öncə keçirilən oyunlarda “Şamaxı” “Araz-Naxçıvan”a (0:1), “Karvan-Yevlax” “Zirə”yə (0:1) uduzub. “Kəpəz” – “Qarabağ” və “Neftçi” – “İmişli” oyunları sabah, “Turan Tovuz” – “Qəbələ” görüşü martın 21-də keçiriləcək.
Misli Premyer Liqası
25-ci tur
19 mart
“Sabah” – “Sumqayıt” 3:1
Qollar: Kahim Parris, 24. Coy Lens Mikels, 49. Velko Simiç, 71 – Nsana Simon, 90+2.
Hakimlər: Rəvan Həmzəzadə, Zöhrab Abbasov, Şirmamed Mamedov, Vüqar Həsənli.
“Bank Respublika Arena”, 19:15.
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
Sumqayıt: 22. Xəyal Fərzullayev, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 9. Aleksandr Ramalinqom, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 11. Aleksa Yankoviç.
Ehtiyat oyunçular: 12. Murad Ağamalıyev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 21. Nihad Əhmədzadə, 37. Nihad Orucəli, 10. Nikola Ninkoviç, 95. Nsana Simon.
Baş məşqçi: Saşa İliç.

Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
00:12 / 20.03.2026
“Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO
Hazırda oxunan: “Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO
Hazırda oxunan: “Sabah” “Sumqayıt”a qalib gəldi - VİDEO
602542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































