"Barselona"nın yarımmüdafiəçisi Qavi ağır diz zədəsindən sonra yaşıl meydanlara qayıtsa da, onun İspaniya millisinə çağırılacağı xəbəri klubda narahatlıq yaradıb.
Bizim.Media xəbər verir ki, ESPN-in yaydığı məlumata görə, yeddi aylıq fasilədən sonra cəmi bir matçda ("Sevilya" ilə görüşdə 8 dəqiqə) iştirak edən 21 yaşlı futbolçunun mart toplanışına dəvət alacağı gözlənilir.
Bildirilir ki, bu xəbər "Barselona"nın baş məşqçisi Hans-Diter Fliki qəzəbləndirib. O, hələ tam oyun ritmi qazanmayan Qavinin riskə atılmasının əleyhinədir.
Xatırladaq ki, Flik daha əvvəl Lamin Yamalın milli komandada həddindən artıq yüklənməsinə görə İspaniya yığmasının rəhbərliyinə öz narazılığını kəskin şəkildə bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 20.03.2026
Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ
Hazırda oxunan: Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ
Hazırda oxunan: Flik Qavinin milliyə çağrılmasına QƏZƏBLƏNDİ
602538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































