İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

Hazırda oxunan: İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü

602535

İngiltərə Futbol Assosiasiyası "Tottenhem"in baş məşqçisi İqor Tudora qarşı rəsmi ittiham irəli sürüb.

Bizim.Media xəbər verir ki, buna xorvatiyalı mütəxəssisin "Fulhem"ə 1:2 hesablı məğlubiyyətdən sonra qarşılaşmanın baş hakimi Tomas Bramallı kəskin tənqid etməsi səbəb olub.

Martın 1-də keçirilən oyundan sonra Tudor referini "meydan sahibi tərəfdarı" adlandırıb və onu futboldan anlamamaqda ittiham edib.

Baş məşqçinin əsas narazılığı "Fulhem"in oyunçusu Harri Vilsonun vurduğu erkən qol epizodu ilə bağlı olub. Tudorun fikrincə, həmin anda Raul Ximenes "Tottenhem"in müdafiəçisi Radu Draquşini itələyərək yıxsa da, hakim qayda pozuntusunu qeydə almayıb.

Qurum hesab edir ki, bu çıxışları ilə Tudor hakimin qərəzsizliyini şübhə altına alıb və intizam qaydalarını pozub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin