“Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

Hazırda oxunan: “Araz Naxçıvan”ın iki futbolçusu yığmaya ÇAĞIRILDI

602528

“Araz-Naxçıvan”ın iki üzvü – Kristian Avram və Felipe Santos milli komandalara dəvət alıb.

Bizim.Media xəbər verir ki, qolkiper Moldova millisinin martın 26-da Zimbru stadionunda Litva, ayın 30-da isə Nikosiyada Kiprlə keçirəcəyi görüşlərdə baş məşqçinin şans verəcəyi təqdirdə meydana çıxa bilərcək.

Felipe Santos isə martın 23-dən 31-dək Benin millisinin düşərgəsində olacaq.

O, martın 27-də Fələstin, ayın 31-də isə Qvineya yığması ilə keçiriləcək qarşılaşmalar üçün dəvət alıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin