"Barselona"nın hücumçusu Rafinya Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Bizim.Media xəbər verir ki, UEFA-nın yaydığı məlumata görə, 29 yaşlı braziliyalı futbolçu 1/8 final mərhələsinin "Nyukasl"la cavab matçındakı (7:2) parlaq çıxışı ilə bu ada layiq görülüb.
Sözügedən görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Rafinya, həmçinin meydanda 10,7 km məsafə qət edib.
Qeyd edək ki, o, səsvermədə "Barselona"nın ulduzu "Mançester Siti"yə 2 qol vuran Vinisius Junioru ("Real"), "Qalatasaray"la matçda qol müəllifi olan Dominik Soboslayı ("Liverpul") və "Bodo-Qlimt"lə oyunda 2 məhsuldar ötürmə edən Fransisku Trinkunu ("Sportinq") qabaqlayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:44 / 19.03.2026
Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU
Hazırda oxunan: Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU
Hazırda oxunan: Çempionlar Liqasında həftənin oyunçusu BƏLLİ OLDU
602510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































