“Şamaxı” və Tanzaniya millisinin futbolçusu Alfons Msanqa yeni mövsümə Azərbaycan Premyer Liqasında fərqli komandada başlaya bilər.
Bizim.Media xəbər verir ki, tanzaniyalı futbolçunun bu mövsüm göstərdiyi performansdan sonra Premyer Liqamızda mübarizə aparan bir neçə klubun maraq dairəsinə düşüb.
Onun xidmətində iddialı klublar maraqlıdır. Bu arada, “Şamaxı”nın özü də Msanqa ilə müqavilə müddətini artırmaq fikrində qətidir. Onlar futbolçusuna yeni müqavilə təklif edəcək.
Lakin Tanzaniya millisinin üzvünün yeni mövsümə hansı komandada başlayacağı hələ ki dəqiq deyil. Onun “Şamaxı” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.
22 yaşlı futbolçu “Allians”(Tanzaniya), “Spartak Subotiça”, “Novi Sad”(Serbiya) klublarında çıxış edib.
Bizim.Media































































































