"Qalatasaray"ın futbolçuları Viktor Osimhen və Noa Lanq zədələniblər.
Bizim.Media xəbər verir ki, hər iki oyunçu ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul"la cavab matçında sıradan çıxıb.
Osimhen görüşün ilk hissəsində zədələnib. O, oyuna davam edə bilməyib və 27 yaşlı hücumçunun əvəzinə 46-cı dəqiqədə meydana Leroy Sane çıxıb. İstanbul təmsilçisi nigeriyalı forvardın durumu haqqında açıqlama da yayıb.
Klub Osimhenin sağ qolunun sındığını bildirib.
Noa Lanq isə oyuna 2-ci hissənin əvvəlində qoşulub. Matç zamanı onun əli meydançanın kənarında quraşdırılan reklam tablolsuna dəyib və barmağı kəsilib. 26 yaşlı yarımmüdafiəçi 80-ci dəqiqədə Mauro İkardi ilə əvəzlənib. "Qalatasaray" Noa Lanqın əlindəki kəsiyin də ciddi olduğunu vurğulayıb.
Qeyd edək ki, "Qalatasaray" ilk oyunda "Liverpul"a 1:0 hesabı ilə qalib gəlsə də, ötən gecə 0:4 hesabı ilə uduzub və ÇL-də mübarizəni dayandırıb.
Bizim.Media





























































































