“Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

Hazırda oxunan: “Kəpəz” doğma stadionuna nə vaxt QAYIDACAQ?

602236

Gəncə şəhər stadionunun tikintisi başa çatsa da, “Kəpəz” hələ də ev oyunlarını doğma məkanda keçirə bilmir. 

Bizim.Media xəbər verir ki, stadionda təbii ot örtüyünün döşənməsi prosesi gedir. 

Bu isə uzun zaman aldığından “Kəpəz”in Gəncəyə qayıdışı yubanır. Bir qədər öncə klubun Gəncə stadionunda ilk oyununu  aprel ayında keçiriləcəyi deyilsə də, bu baş verməyəcək. Yeni meydançanın may ayına qədər hazır olacağı ehtimal olunur. 

Klub rəhbərliyi isə ən azından mövsümün son turunda “Neftçi” ilə oyunun Gəncə şəhər stadionunda keçirilməsini istəyir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin