"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

Hazırda oxunan: "Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir

602112

"Mançester Yunayted" rəhbərliyi mövsümün sonunda heyətdə köklü dəyişikliklər etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, "The Sun" nəşrinin yaydığı məlumata görə, "qırmızı şeytanlar" komandadan ayrılacaq Kazemironu əvəzləmək üçün iki yarımmüdafiəçi transfer etmək niyyətindədir. 

Klub həmçinin Harri Maquayrla yeni müqavilə ilə bağlı razılıq əldə olunmayacağı təqdirdə, mərkəz müdafiəçisi cəlb etməyi də planlaşdırır. 
 

Mançester təmsilçisinin transfer siyahısında "Nyukasl"ın üzvü Sandro Tonali ilə yanaşı, Premyer Liqanın digər klublarından Adam Uorton ("Kristal Pelas"), Elliot Anderson ("Nottinqem Forest"), Karlos Baleba ("Brayton") və Aleks Skottun ("Bornmut") adları yer alıb.


Qeyd edək ki, "Mançester Yunayted"in yay transfer pəncərəsində əsas hədəfi yarımmüdafiə xəttini gəncləşdirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin