Milli saxtakarlıq etdi, kubokla VİDALAŞDI

Hazırda oxunan: Milli saxtakarlıq etdi, kubokla VİDALAŞDI

602104

Malayziya millisi 2027-ci il Asiya Kubokunda iştirak şansını itirib.

Bizim.Media xəbər verir ki, “Reuters”in məlumatına görə, Asiya Futbol Konfederasiyası komandanın Nepal və Vyetnam üzərindəki qələbələrini ləğv edərək hər iki matç üzrə 0:3 texniki məğlubiyyət verib.

Buna səbəb heyətdə oynamaq hüququ olmayan futbolçuların iştirakı olub.
 

FİFA-nın araşdırması nəticəsində saxta sənədlərlə milliləşdirilən 7 futbolçu, o cümlədən “Deportivo Alaves”in üzvü Fakundo Qarses 12 ay müddətinə cəzalandırılıb. Malayziya Futbol Assosiasiyası isə ümumilikdə 350 min İsveçrə frankı və əlavə 50 min dollar cərimə olunub.


Qeyd edək ki, bu qərardan sonra xalları silinən Malayziya qrupda bir oyun qalsa da, lider Vyetnamdan 6 xal geri qalaraq turnirlə vidalaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin