Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI

Hazırda oxunan: Əliyar Ağayev UEFA-dan yeni TƏYİNAT ALDI

602026

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, Ə.Ağayev UEFA Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.
 

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.


Qeyd edək ki, qarşılaşma martın 19-da Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk görüşdə 0:0 hesabı qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin