"Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

Hazırda oxunan: "Mançester Yunayted" Kazemiro ilə bağlı qərarını dəyişməyəcək

601913

"Mançester Yunayted"in təcrübəli dayaq yarımmüdafiəçisi Kazemiro mövsümün sonunda komandadan ayrılacaq.

Bizim.Media xəbər verir ki, "BBC"nin yaydığı məlumata görə, "qırmızı şeytanlar"ın rəhbərliyi braziliyalı futbolçu ilə bağlı verilmiş qərarı dəyişməyəcək.
 

Yanvar ayında mövsümün sonunda klubdan gedəcəyini açıqlayan 34 yaşlı oyunçu artıq dördüncü ildir Mançester təmsilçisinin şərəfini qoruyur.


Qeyd edək ki, Kazemiro cari mövsüm İngiltərə çempionatında meydana çıxdığı 29 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin