Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

Hazırda oxunan: Eşli Koul İngiltərə klubunun baş məşqçisi oldu

601898

“Çelsi”nin və İngiltərə millisinin keçmiş müdafiəçisi Eşli Koul İtaliyanın B Seriyasında yer alan “Çezena” klubunun baş məşqçisi oldu.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

45 yaşlı mütəxəssis köməkçi işlədiyi İngiltərənin 21 yaşadək futbolçulardan ibarət komandasının məşqçilər heyətindən ayrılıb.
 

Koul əvvəllər “Everton”da Frenk Lempardın, “Birminhem”də Ueyn Runinin və İngiltərə millisində Li Karslinin köməkçisi olub. Bu, Kolun baş məşqçi kimi ilk təcrübəsi olacaq.


Xatırladaq ki, Eşli Koul daha çox “Arsenal” və “Çelsi”dəki çıxışları ilə tanınır. O, İngiltərə millisində 107 oyun keçirib.

“Çezena” hazırda B Seriyası turnir cədvəlində səkkizinci yerdədir və pley-offa vəsiqə uğrunda mübarizə aparır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin