“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 finalında “Real”la cavab oyunundan öncə komandasına istirahət verib.
Bizim.Media xəbər verir ki, mütəxəssis mətbuat konfransında futbolçuların fiziki və psixoloji bərpasının vacib olduğunu bildirib.
Onun sözlərinə görə, son həftələrdəki sıx qrafikdən sonra oyunçuların ailələri ilə vaxt keçirməsi daha faydalıdır:
"Bu saatdan sonra məşq etmək bizi daha da yoracaq, buna vaxtımız da yoxdur. Üstünlük verirəm ki, onlar evdə olsunlar. Sabah saat 14:00-da toplaşacağıq, ayaqlarımızı bir az hərəkət etdirib oyuna çıxacağıq. Bu mövsüm bunu artıq bir neçə dəfə etmişəm. Əgər mental olaraq güclüsünüzsə, meydanda da güclü olacaqsınız".
Xatırladaq ki, Madriddə keçirilən ilk görüşdə “Mançester Siti” 0:3 hesabı ilə uduzub. Cavab matçı isə sabah Bakı vaxtı ilə saat 00:00-da “Etihad” stadionunda keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:36 / 16.03.2026
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
Hazırda oxunan: Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
Hazırda oxunan: Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
601883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































