"Barselona"da keçirilən prezident seçkilərində qalib gələn Joan Laporta qələbəsindən dərhal sonra klubun əfsanəsi Lionel Messi barədə mühüm açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, Laporta TV3 kanalına müsahibəsində argentinalı ulduzun geri dönməsi üçün qapıların hər zaman açıq olduğunu vurğulayıb:
"Leo istədiyi formada "Barselona" ilə əməkdaşlıq edəcək. "Barselona"nın qapıları istədiyi zaman onun üzünə həmişə açıqdır. Qoy "Barselona" futbol klubunun güclənməsinə töhfə verməyə davam etsin".
Xatırladaq ki, Lionel Messi 2021-ci ildə maliyyə problemləri səbəbindən klubdan ayrılmaq məcburiyyətində qalmışdı.
Hazırda ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən 38 yaşlı futbolçunun MLS təmsilçisi ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.
Bizim.Media


































































































