"Çelsi"yə transfer qadağası qoyuldu

Hazırda oxunan: "Çelsi"yə transfer qadağası qoyuldu

601873

“Çelsi” sabiq sahibi Roman Abramoviç dövründə maliyyə qaydalarını pozduğuna görə cəzalandırılıb.

Bizim.Media xəbər verir ki, “Sky Sports”un məlumatına görə, müstəqil komissiya London klubunu 2011-2018-ci illərdə maliyyə hesabatlarında qeyri-dəqiqlik və qayda pozuntularına görə 10,75 milyon funt sterlinq məbləğində cərimələyib.
 

Sanksiyalar çərçivəsində "Çelsi"yə 9 ay müddətinə akademiyaya yeni oyunçuların qeydiyyatı qadağan edilib. Əsas komanda üçün nəzərdə tutulan bir illik transfer qadağası isə iki illik sınaq müddəti ilə şərti tətbiq edilib.


Yəni, klub növbəti iki il ərzində oxşar pozuntulara yol verməyəcəyi təqdirdə, əsas komandaya transfer qadağası tətbiq olunmayacaq.

Qeyd edək ki, "Çelsi" hazırda Premyer Liqada 30 oyundan sonra 48 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin