Bu gün Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova "Pekin-2022" Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Bizim.Media xəbər verir ki, 19 yaşlı idmançımız Bakı vaxtı ilə saat 14:00-da qısa proqramda 24-cü nömrə altında çıxış edəcək.
Təmsilçimiz ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev "Pekin-2022"də 18-ci yeri tutub.
Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
08:38 / 15.02.2022
Azərbaycanın fiqurlu konkisürəni "Pekin-2022"də mübarizəyə başlayacaq
Hazırda oxunan: Azərbaycanın fiqurlu konkisürəni "Pekin-2022"də mübarizəyə başlayacaq
Hazırda oxunan: Azərbaycanın fiqurlu konkisürəni "Pekin-2022"də mübarizəyə başlayacaq
60187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.