Mahir Emreli: "Beş dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram"

Hazırda oxunan: Mahir Emreli: "Beş dəqiqə oynasam belə, özümü sübut etməyə çalışıram"

601746

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubunda beş dəqiqə oynasa belə, əlindən gələni edir.

Bizim.Media xəbər verir ki, 28 yaşlı hücumçu bunu "Treffpunkt-betze" nəşrinə açıqlamasında bildirib.

Forvard II Bundesliqanın XXVI turunda "Karlsrue" ilə oyunda qol vurması barədə danışıb:

"Azarkeşlər çox sayda mesajlar göndərdilər. Mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi beş dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram".

Sözügedən qarşılaşmada komandasının sonuncu qoluna imza atan M.Emreli onun üçün emosional an olduğunu vurğulayıb:
 

"Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq ("Kayzerslautern" forması ilə II Bundesliqada) məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən yaranan uzun fasilədən sonra".


Qeyd edək ki, "Kayzerslautern" "Karlsrue"ni üç cavabsız qolla üstələyib. 83-cü dəqiqədə meydana çıxan Mahir Emreli 90+4-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin